Accessibility links

Soyqırım hücumunun iştirakçısı olan əsgər canlı etiraf edir


Soyqırım hücumunun iştirakçısı olan əsgər canlı etiraf edir
Soyqırım hücumunun iştirakçısı olan əsgər canlı etiraf edir

Balkan gəncləri 1995-ci ildə Bosniyanın Srebrenitsa şəhərində serb qüvvələrinin minlərlə müsəlman kişini öldürdüyü Srebrenitsa qırğınandan bəhs edən interaktiv xəritə hazırlayıblar.

Srebrenitsa hadisəsi İkinci Dünya Müharibəsindən sonra ən böyük kütləvi qırğın sayılır və Avropa ölkələri gələn ay faciə ilə bağlı anım tədbirləri keçirəcəklər.

Layihənin iştirakçıları bildiriblər ki, onlar dünyanın başqa yerlərində də soyqırım yaşamış xalqların bənzər xəritələr hazırlayacaqlarına ümid edirlər.

Təqdimatın əvvəlindəki səs soyqırım xətirəsində tamaşaçıları nəyin gözlədiyini deyir. Xəritə ilk baxışda elmi-bədii filmini, ya da hədəfi nişan alan komputer oyununu xatırladır. Amma tezliklə tanış sifətlər görünməyə başlayır: Bosniyanın serb prezidenti Radovan Karadiç və onun müharibə illərindəki komandanı Ratko Mladiç. Hər iki şəxsi 1995-ci ildə Bosniyaya qoşun yeritməkdə, 8 mindən çox müsəlman kişini və gənc oğlanı qırmaq barədə əmr verməkdə ittiham edirlər.

Xəritə srebrenica-mappinggenocide.com adlanır. Layihəni Sarayevada yerləşən və Bosniya- Hersoqovinada İnsan Haqları Uğrunda Gənclər Təşəbbüsü adlı qrup yaradıb. Təşkilatı Birləşmiş Ştatlar və başqa Qərb ölkələri, o cümlədən, bir neçə qeyri-hökumət təşkilatı maliyyələşdirir.

Təşkilatın direktoru Alma Masic deyir ki, layihənin məqsədi gəncləri bu cür zorakılıqların qarşısını almağa həvəsləndirməkdir.

Biz istəyirik ki, bu internet sayt bütün dünyada alternativ təhsilin tərkib hissəsinə çevrilsin. Xüsusilə də Balkan regionunda. Çünki bu regionun gəncliyi bölgə ilə bağlı əsas qərarverici şəxslər olacaqlar.

Xəritədə həmçinin soyqırımın əsas şahidi - Drazen Erdemoviç nümayiş olunur. Erdemoviç 1995-ci il, iyulun 16-da kollektiv fermaya hücum vaxtı edam bölüyünün tərkibində olub.

BMT-nin Müharibə Cinayətləri üzrə Haaqa Tribunalındakı çıxışında Erdemoviç etiraf etmişdi ki, komandan edam bölüyünə necə dayanmaq barədə göstəriş verib və polislər müsəlmanları öldürülmək üçün onların yanına gətiriblər. Erdemoviçin dediyinə görə, onların bölüyü başqa bölüklərlə birlikdə 1000-1200 nəfəri qətlə yetiriblər.

Soyqırım xəritəsinin təşkilatçısı olan qrupun rəhbəri Alma Masic deyir ki, minlərlə adam artıq internet sayta daxil olub, şahidləri dinləyib.

Masiçin bildirdiyinə görə, artıq Ruanda tədqiqatçıları layihə ilə yaxından maraqlanıblar. Ruandada 1994-cü Hutu prezidentinin ölümündən sonra yüz minlərlə etnik tutsi qətlə yetirilib.

Qrupun planı Bosniyanın paytaxtı Sarayevanın işğalı zamanı yaşananlar haqda interaktiv muzey təsis etməkdir. Online muzey gələn il hazır olacaq. Mayda isə Sarayevada yeni texnologiyalarla istifadə edilməklə yaradılmış yeni muzey açılacaq. Həmin muzey isə Serb qüvvələrinin şəhəri 44 aylıq mühasirədə saxlamasına həsr olunub. Mühasirənin başlamasının ilk günündən artıq 20 il keçir. Hadisə vaxtı azı 10 min adam həlak olmuşdu.

XS
SM
MD
LG