Accessibility links

"Soyuz" Beynəlxalq Fəza Stansiyasına uğurla çatıb [Fotoqalereya]


İçərisində amerikalı, rus və italiyalı kosmonavtlar olan Rusiyaya məxsus kosmik gəmi Beynəlxalq Fəza Stansiyasına uğurla çatıb. Adətən iki gün vaxt tələb edən səfəri kapsul cəmi 6 saata başa vurub.

Bu gün səhər "Soyuz" gəmisi Rusiyanın icarə götürdüyü Qazaxıstanın Baykonur kosmodromundan yola düşüb. Kapsulla stansiya arasındakı təzyiq bərabərləşdirildikdən sonra gəminin qapısı açılıb və ekipaj üzvləri stansiyaya daxil olub.

Amerikalı Karen Nayber, rus Fyodor Yurçixin və italiyalı Luka Parmitano stansiyada olan digər 3 alimlə birlikdə müxtəlif təcrübələr həyata keçirmək üçün 6 ay orada qalacaq.
XS
SM
MD
LG