Accessibility links

SpaceX Falcon Heavy raketini fəzaya göndərib


SpaceX şirkəti çərşənbə axşamı Floridada yerləşən Kennedi Fəza Mərkəzindən 24 eksperimental peyki daşıyan Falcon Heavy raketini fəzaya göndərib.

Uçuş planlaşdırılandan üç saat gec həyata keçirilib. "Fəza test proqramı-2" adlı kosmik missiya Falcon raketinin üçüncü missiyasıdır və dünyada ən güclü fəza buraxılış sistemi kimi tanınır.

Bu missiya SpaceX kimi kommersiya fəza şirkətlərinin əsas podratçısı olan ABŞ Müdafiə Nazirliyi tərəfindən sifariş edilib.

SpaceX şirkətinin verdiyi məlumatra görə, şirkət NASA, Milli Okean və Atmosfer Administrasiyası (NOAA), Müdafiə Nazirliyinin müxtəlif laboratoriyaları, universitetlər və qeyri-kommersiya şirkətləri də daxil olmaqla müxtəlif agentliklər üçün fəzaya peyklər buraxır.

SpaceX 2018-ci ilin fevral ayında ağır raket daşıyıcısı olan Falcon Heavy-nin test uçuşunu həyata keçirib. Raket planetlərarası məkana İlon Maskın şəxsi avtomobili olan "Tesla"nı çıxarıb.

Qırmızı Tesla Roadster Kosmosda, 9 Fevral, 2018-ci il.
Qırmızı Tesla Roadster Kosmosda, 9 Fevral, 2018-ci il.

Falcon Heavy ilk dəfə 2011-ci ildə elan edilib. SpaceX-in bildirdiyinə görə, bu ağır raket insanları Aya və Marsa daşımaq üçün nəzərdə tutulub. Falcon Heavy SpaceX-in əsas raketi olan Falcon 9-un üç ədəd sürətləndirici blokundan istifadə edir və ümumilikdə 27 mühərriki var.

SpaceX 2024-cü ilə qədər insanları Marsa göndərməyi planlaşdırır. Bunun üçün daha ağır BFR raketindən istifadə ediləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG