Accessibility links

SpaceX-in kosmik gəmisi uğurla Yerə qayıdıb


Crew Dragon kosmik gəmisi ABŞ-ın Florida ştatının sahilindən 360 km-lik yaxınlıqda Atlantik okeanında uğurla suya enib.

Cümə günü səhər saatlarında kosmik gəminin avadanlığı yoxlanıldıqdan sonra o, Harmony modulundan ayrılaraq Beynəlxalq Fəza Stansiyasını tərk edib.

Kosmik gəminin göyərtəsində Ripli adlı maneken olub. Manekenin üzərində SpaceX şirkətinin hazırladığı skafandrı sınamaq və insana düşən təzyiqi öyrənmək üçün xüsusi sensorlar quraşdırılıb.

Crew Dragon kosmonavtika tarixində ilk insan tərəfindən idarə olunan kommersiya gəmisidir. NASA-nın planlarına görə, o və onun rəqibi Boeing şirkəti XX əsrin 60-cı illərində Amerika kosmonavtikası üçün astronavtları Beynəlxalq Fəza Stansiyasına çatdırmaq üçün istehsal olunmuş Rusiyanın “Soyuz” gəmilərini əvəz etməlidirlər.

XS
SM
MD
LG