Accessibility links

SpaceX kosmosa ilk mülki uçuşunu həyata keçirib


nasa

Dörd amerikalı kosmos turizmi üçün indiyə qədər ən böyük irəliləyişə imza atan missiya ilə Yer kürəsi ətrafında dövrə vuran ilk sivil ekipaj olaraq kosmosa uçuş tarixinə adını yazır.

Cared Isaakman, Heyli Arseno, Kris Sembroski və Sian Proktor çərşənbə günü gecə saatlarında Beynəlxalq Kosmos Stansiyasına astronavt göndərməyə başlayan özəl şirkət olan SpaceX tərəfindən hazırlanan Crew Dragon kosmik gəmisində Floridadakı Kennedi Kosmos Mərkəzindən kosmik məkana uçub.

Tam avtomatlaşdırılmış Crew Dragon Yer səthindən 585 km yüksəklikdə, yəni həm Beynəlxalq Kosmik Stansiyanın, həm də Habbl Teleskopunun hazırkı mövqeləridən yüksəkdə uçur.

Inspiration4 adı verilən missiyaya SpaceX-ə uçuş üçün bir neçə milyon dollar ödədiyi deyilən, milyarder texnologiya sahibkarı və onlayn ödəniş emalı şirkətinin qurucusu İsaakman rəhbərlik edir.

İsaakmanın uçuşu hər il öz şəxsi maliyyələşdirdiyi nəqliyyat vasitələrində kosmik məkana uçan, amma Yer kürəsi ətrafında dövrə vurmayan milyarder Riçard Branson və Ceff Bezosun uçuşlarını çox üstələyəcək.

Inspiration4 ekipajının şənbə günü Yerə qayıtmağı planlaşdırılır. Crew Dragon kapsulu Florida sahillərində Atlantik Okeanına düşəcək.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG