Accessibility links

SpaceX yeni Dragon kapsulunu sınaqdan keçirir


SpaceX-in Dragon kapsulu
SpaceX-in Dragon kapsulu

Amerikanın astronavtlar üçün ən yeni kapsulu şənbə günü SpaceX-in sınaq uçuşu çərçivəsində Beynəlxalq Kosmik Stansiyasına yola düşüb.

Kapsulun yeganə sərnişini insan boyunda Ripli adlı kukla olub. SpaceX bu ilin sonu insanları kosmosa göndərməyə başlamadan öncə Dragon kapsulunu uğurla sınaqdan keçirməlidir.

Dragonun kosmik stansiyaya bazar səhər çatacağı gözlənilir.

Beş günlük səfər

Kapsul beş gün orbital stansiyada keçirəcək, növbəti cümə günü isə geri dönərək Atlantik okeana düşəcək.

Falcon 9 raketi bir zamanlar Apollo raketlərinin havaya qalxdığı eyni yerdən havaya qalxıb. Təxminən 5 min NASA işçisi, turist və jurnalist bu ana şahid olmaq üçün Kennedi Fəza Mərkəzində bir araya gəlib.

Özəl şirkətlər

NASA astronavtları kosmik stansiyaya daşıyacaq kapsulları hazırlayıb, idarə etmək üçün Space X və Boeing kimi özəl şirkətlərə müraciət edib və onları 8 milyard dollarla təmin edib.

Hazırda astronavtları 250 mil uzaqlıqda olan orbital stansiyaya aparmağın yeganə yolu Rusiyanın raketləridir. Son illərdə Soyuzun biletləri çox artıb, hazırda NASA bir nəfər üçün 82 milyon dollar pul ödəyir.

Boeing ilk Starliner kapsulunu aprel ayında sınaqdan keçirməyi və artıq avqusta astronavtları fəzaya göndərməyi planlaşdırır.

Braydenstin deyib ki, o, astronavtların ilin sonunadək Dragon və Starliner vasitəsilə orbital stansiyaya gedəcəyindən əmindir.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG