Accessibility links

Avropa İttifaqı İspaniyaya 125 milyard dollarlıq kredit ayırır


Avrozonaya daxil olan ölkələrin xarici işlər nazirləri İspaniya banklarını xilas etmək məqsədilə 125 milyard dollarlıq kredt ayırmağa razı olub. 17 ölkənin naziri bu qərarı qızğın debatlardan sonra verib.

İqtisadiyyat naziri Luis de Quindos İspaniya hökumətinin Avropaya bankların xilas edilməsi üçün maliyyə yardımı haqda müraciət etdiyini bildirib. O deyib ki, kreditə dair razılıqda İspaniya iqtisadiyyatı üçün hər hansısa şərt, nə də ciddi iqtiasdi ölçülərin götürülməsi nəzərdə tutulmur.

Kreditin dəqiq məbləği auditorların bu ayın sonu işi başa çatdırmasından sonra məlum olacaq.

Almaniyanın Maliyyə naziri Volfqanq Şöyble İspaniyaya dair razılığı alqışlayaraq, bunun Avropada həmrəyliyə işarə olduğunu deyib.

Avrozonaya daxil olan ölkələr İspaniyanın defisitin azaldılması və iqtisadiyyatın dirçəldilməsinə dair təəhhüdlərinə hörmət edəcəyinə əminliklərini bildirib.

XS
SM
MD
LG