Accessibility links

Spiker Beyner: Berqdalın dəyişdirilməsi amerikalılara qarşı təhlükəni artırır


ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Con Beyner Obama administrasiyasının ordu serjantı Boui Berqdalı Quantanamo həbsxanasında saxlanan beş Taliban üzvü ilə dəyişdirməklə amerikalıların təhlükəsizliyini azaltdığını deyib.

Nümayəndələr Palatasının başqa liderləri ilə birlikdə mətbuat konfransında danışan spiker Beyner məhbus dəyişdirilməsinin Birləşmiş Ştatlara baha başa gələcəyi ilə bağlı xəbərdarlıq edib. Onun sözlərinə görə, o, məhbus dəyişdirilməsinə görə insan həyatının itiriləcəyinə şübhə etmir.

Beyner respublikaçı qanunvericilərin Berqdalın təxminən beş il Əfqanıstanda Taliban tərəfindən saxlandıqdan sonra vətənə qayıtmasını sevinclə qarşıladığını deyib. Lakin o, qanunvericilərin mübadilə baş verənə qədər qanunvericilərin məlumatlandırılmadığına dair narahatlığını bir daha ifadə edib.

Obama administrasiyasının rəsmiləri qərarı müdafiə edərək, Berqdalın həyatının təhlükədə olduğunu və gözləmək üçün vaxtın olmadığını bildirir.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG