Accessibility links

Spiker Rayan yeni müddətə seçilmək üçün ara seçkilərinə qatılmayacaq


Konqresin Nümayəndələr Palatasının spikeri Pol Rayan
Konqresin Nümayəndələr Palatasının spikeri Pol Rayan

Konqresin Nümayəndələr Palatasının spikeri Pol Rayan noyabr ayında ara seçkilərə qatılmayacağını elan edib. Bu, Respublikaçılar partiyasının ara seçkilərdə Konqresə nəzarəti saxlaya bilmək qabiliyyəti ilə bağlı sualların yaranmasına səbəb olub.

Çərşənbə günü keçirdiyi mətbuat konfransı zamanı Rayan gələn ilin yanvar ayında Konqresi tərk edəcəyini elan edib. O bunun səbəbini ailəsi ilə daha çox vaxt keçirmək istəyi ilə izah edib.

“Mən bu işə hər şeyi vermişəm və bu məsuliyyəti qəbul etdiyimə görə qətiyyən peşman deyiləm. Amma həqiqət budur ki, bu iş adamın hər şeyini alır”, Rayan bildirib.

Konqresdə 20 ildən çalışdıqdan sonra Pol Rayan həyat yoldaşı və yeniyetmə olan üç övladı ilə daha çox vaxt keçirmək istəyir.

ABŞ prezidenti Donald Tramp və Konqresin Nümayəndələr Palatasının spikeri Pol Rayan Ağ Evdə, 2 noyabr, 2017.
ABŞ prezidenti Donald Tramp və Konqresin Nümayəndələr Palatasının spikeri Pol Rayan Ağ Evdə, 2 noyabr, 2017.

“Mən burada bir müddət də qalsam, uşaqlarım məni həftə sonu valideyn kimi tanıyacaq. Mən buna yol verə bilmərəm”, Rayan izah edib.

Rayanın Konqresdən ayrılması Nümayəndələr Palatasında onun kiminləəvəz edilməsi məsələsini gündəmə gətirib. Əsas namizədlər Nümayəndələr palatasında əksəriyyətdə olan respublikaçıların lideri, Kaliforniya ştatından konqresmen Kevin Makkarti və Luizina ştatından konqresmen Stiv Skalisdir.

Rayan bununla belə onun Konqresdən ayrılmasının respublikaçıların Nümayəndələr Palatasında üstünlüyü əldə saxlamasına təsir göstərə biləcəyi ilə bağlı narahatlıqları əhəmiyyətsiz qoyub.

“Mən inanmıram ki, 2019-cu ildə qalıb-qalmamağımdan asılı olmayaraq, bu, Konqres seçkilərində ayrı-ayrı adamlara təsir göstərəcək”, o bildirib.

Pol Rayanla bəzi zamanlar gərgin münasibətlərə malik olan prezident Tramp Twitter sosial şəbəkəsində yazdığı mesajında ondan razılığını bildirib.

“Spiker Pol Rayan gözəl insandır və o yenidən seçilmək üçün seçkilərdə iştirak etməsə də, heç kəsin sual edə bilməyəcəyini siyasi irs qoyur. Biz səninləyik Pol”, Tramp Twitter-də yazıb.

Rayanın lider kimi əsas nailiyyətləri arasında dekabr ayında vergi islahatlarına dair qanunvericiliyin qəbul edilməsi göstərilir.

Prezident Trampla bəzən gərgin münasibətlərə baxmayaraq, spiker və Ağ Ev mühafizəkarların gündəmində olan məsələlər üzərində birgə iş aparıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG