Accessibility links

Məktəb tələbələri spiker Pol Rayanın evinə yürüş edib


Viskonsin ştatında onlarla məktəb şağirdi silah istifadəsi siyasətində dəyişikliklər edilməsi tələbi ilə Nümayəndələr Palatasının spikeri Pol Rayanın doğma şəhərində yürüş keçirib.

Yeniyetmələr Pol Rayanın silah islahat qanunlarını qəbul etməsini tələb etmək üçün Medison şəhərindən Caksonvilə qədər 80 kilometrlik yolu 4 günə qət ediblər.

Təşkilatçıların sözlərinə görə, yürüşün Pol Rayanın evinə doğru istiqamətlənməsinin səbəbi məhz onun illərdir silah qanunu islahatlarına mane olmasıdır.

Konqresin digər üzvləri ilə birlikdə iki həftəlik bir tətildə olan Rayan bazar ertəsi rəsmi səfər məqsədilə Çexiyaya gedib.

Keçən ay mətbuat konfransında spiker qeyd etmişdi ki, Konqres respublikaçıları amerikalıların müəyyən növ silahlara sahib olmağına maneə törətmək istəmir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynaya qarşı yeni dron hücumları həyata keçirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynada müharibə və Çin-Rusiya danışıqları.
please wait

No media source currently available

0:00 0:30:03 0:00
XS
SM
MD
LG