Accessibility links

SpongeBob-un yaradıcısı 57 yaşında vəfat edib


Dünya miqyasında populyar SpongeBob Squarepants multiplikasiya seriyalarının yaradıcısı Stiven Hillenberq dünən Los Ancelesdə 57 yaşında vəfat edib. O, Lou Gehrig xəstəliyindən əziyyət çəkirdi.

Hillenberq ixtisasca müəllim idi və özünün dəniz biologiyasına olan məhəbbətinin köməyilə Bikini Bottomadlı sürreal sualtı dünya yaratmışdı.

Bu dünyanın əsas sakini olan SpongeBob şort və qalstuk geyinmiş mətbəx süngəri formasında olan məsum bir obrazdır.

Dünyanın 60 ölkəsində izlənilən bu multiplikasiyaya həsr edilmiş film və Brodvey şousu da var.

XS
SM
MD
LG