Accessibility links

FİFA prezidenti qurumda anti-korrupsiya komitəsinin yaradılmasını təklif edir


FİFA prezidenti qurumda anti-korrupsiya komitəsinin yaradılmasını təklif edir
FİFA prezidenti qurumda anti-korrupsiya komitəsinin yaradılmasını təklif edir

FİFA-nın prezidenti iyun ayında İsveçrənin Sürix şəhərində toplantı zamanı qurumun tərkibində korrupsiya əleyhinə komitənin yaradılacağını elan edib. Sepp Blatter İsveçrənin SonnasZeitung qəzetinə bu gün verdiyi müsahibədə deyib ki, o, yeni strukturu FİFA daxilində korrupsiya hallarının olmadığına əmin olmaq üçün təklif edir. Blatterin bildirdiyinə görə, belə bir komitənin olması FİFA-ya etibarı gücləndirəcək. FİFA prezidenti komitədə iştirak etmək niyyətində olmadığını deyərək, əlavə edib ki, buraya təkcə idman deyil, siyasət, maliyyə, biznes və mədəniyyət sahəsində çalışan insanlar cəlb ediləcək.

XS
SM
MD
LG