Accessibility links

Misirdəki inqilabdan bəhs edən “Meydan” filmi Oskara nominasiya edilib [Video]


Oskar mükafatına nominasiya edilən “Meydan” filmi
please wait

No media source currently available

0:00 0:04:14 0:00
2011-ci ilin yanvar ayında on illərlə hakimiyyətdə olan Misir prezidenti Hüsnü Mübarəkin devrilməsi haqda çox yazılar dərc edilib, filmlər çəkilib. Həmin hadisələri canlandıran, sənədli filmlər kateqoriyasında Oskar mükafatına nominasiya edilən “The Square” - “Meydan” filmi bu baxımdan unikaldır. Bu, Oskara nominasiya edilən ilk Misir filmidir.

Üsyan nikbinliyin partlayışı ilə başlayır. Müxtəlif təbəqədən minlərlə misirli mərkəzi meydana toplaşaraq, ordunun dəstəklədiyi Hüsnü Mübarəkin istefasını tələb edir.
18 gün davam edən etirazlardan sonra inanılmaz hadisə baş verir. Cənab Mübarək vəzifəsindən istefa verir.

Bir neçə hadisəni özündə canlandıran “The Square”- “Meydan” filmində Təhrir Meydanındakı hadisələri və cənab Mübarək vəzifəsindən getdikdən sonra baş verənləri görürük. İnqilaba Əhməd kimi dünyəvi gənclər başladı. Lakin aktyor Xalid Abdullanın ifa etdiyi Müsəlman Qardaşları təşkilatının üzvü Maqdi də intellektual yuxarı sinif təbəqəsindəndir.

Kərim Əmir filmin rejisorudur. “18 gündən sonra meydanda qalan az sayda kamerialardan biri də bizimki idi və bizim məqsədimiz auditoriyanın emosiyalarını lentə almaq, tamaşaçılara Təhrirdə baş verənləri yaşatmaq idi."

Misirli general nümayişçilərin təhlükəsizliyinin qorunacağını desə də, sonradan ordu onlara qarşı çıxır. Ən ölümcül toqquşmalar 2011-ci ilin noyabırında baş verir. Meydanda müharibə idi. İnqilab deyildi. Bütün bunlar ordunun yeni parlament seçkiləri keçirilməsini planlaşdırdığı zaman baş verir.

Xalid Abdulla misirli inqilabçılardan biridir. “Ordunun bütün qanunların və konstitusiyanın başında olmağa çalışdığı üçün bu ölkənin gələcəyi məni narahat edir.”

Lakin ordu qalib çıxır. 2012-ci ilin iyun ayında “Müsəlman Qardaşları”nın lideri prezident seçilir və hərbişilərlə işləməyə başlayır. Bu, Təhrir meydanında Mursiyə qarşı etirazlar başlanana qədər davam edir. 2013-cü ilin iyul ayında ordu cənab Mursini devirir və hakimiyyəti öz əlinə alır.

“Mənim fikrimcə, siz filmdə də bunu görə bilərsiniz, biz hazırda da qaranlıqdayıq. Siz orada olsanız belə, inqilabın nə ölçüdə olduğunu duya bilmirsiniz. Bu artan üsyandır, inqilabdır və bunu sözlə ifadə etmək çətindir” - deyə, rejissor bildirir.

Bu filmin Misirdə nümayişinə icazə verilməyib. Lakin Oskar müsabiqəsi onu beynəlxalq aləmin diqqət mərkəzinə çıxarıb. “Bu film misirlilər üçün tarixi film olardı. Oskar bu filmi Misir və Yaxın Şərqdə yayacaq. Bu tarixi bir film olacaq.”


Bu arada isə Netflix “Meydan” filmini Amerika və Avropadakı abunəçilərə göstərilməsinə yardım edir. Rejissor Kərim Əmir “Meydan” filminin repressiv hökumətləri olan ölkələrə mesaj olduğunu deyir.
XS
SM
MD
LG