Accessibility links

İsrail kəşfiyyatının sabiq rəhbəri İranla müharibəyə dair xəbərdarlıq edir


İsrail kəşfiyyatının sabiq rəhbəri ölkə liderlərinin İranın nüvə proqramı ilə bağlı davranışını kəskin tənqid edərək İslam Respublikası ilə müharibəyə qarşı xəbərdarlıq edib.

Şin Bet xidmətinin sabiq başçısı Yuval Diskin İsrail mediasına verdiyi müsahibədə baş nazir və müdafiə nazirinə etibar etmədiyini söyləyib. O, hazırkı rəhbərlərin dini hisslərdən çıxış etdiyini bildirib.

Onun sözlərinə görə ölkə rəhbərliyi İran məsələsi ilə bağlı saxta təsəvvür yaratmağa çalışır. “Onlar axmaq ictimaiyyəti inandırmağa çalışırlar ki, əgər İsrail hərəkətə keçsə onda İran atom bombası əldə edə bilməyəcək.”

Diskinin bu bəyanatı General Leytenant Benni Qantzın dediklərindən sonraya təsadüf edir. Haaretz qəzetinə verdiyi müsahibədə Qantz demişdi ki, o, İrana “rasional dövlət” kimi baxır və Tehran ehtimal ki, atom bombası istehsal etməyəcək.

XS
SM
MD
LG