Accessibility links

İsrail qüvvələri Misirlə sərhəddi keçmək istəyən bir nəfəri öldürüb


İsrail qüvvələri Misirlə sərhəddi keçmək istəyən bir nəfəri öldürüb
İsrail qüvvələri Misirlə sərhəddi keçmək istəyən bir nəfəri öldürüb

İsrail qüvvələri Misirin Sinai yarımadası ilə sərhədi qanunsuz keçərək İsrailin ərazisinə daxil olan silahlı şəxsi öldürüb.

İsrail hərbi qüvvəllərinin nümayəndəsi bildirib ki, əsgərlər gecə sərhədə nəzarət edərkən bir qrup silahlı şəxsin İsrailin ərazisinə daxil olduğunun şahidi olub.

Hərbi qüvvələrin açıqladığı bəyanatda deyilir ki, silahlı şəxslər atəş açdıqdan sonra İsrail qüvvələrinin cavab atəşi bir nəfərin ölümünə səbəb olub. Yerdə qalan insanlar isə Misir tərəfə qaçıb.

İsrail hökuməti Misirdə inqilabdan sonra baş verən qanunsuzluqlar nəticəsində ötən aylar ərzində sərhəd boyu insidentlərin artdığını və yaraqlıların Sinay yarımadasından yəhudi dövlətinin ərazilərinə hücumlar həyata keçirmək üçün istifadə etdiyini bildirib.

XS
SM
MD
LG