Accessibility links

İsrail Qəzza zolağında evlərin inşasına icazə verib


İsrail Qəzza zolağında evlərin inşasına icazə verib
İsrail Qəzza zolağında evlərin inşasına icazə verib

İsrail Qəzza zolağında son illərin ən geniş yaşayış məntəqəqsi layihəsini təsdiq edib. Ölkə bu ərazidə 1200 yeni evin və 18 məktəbin tikintisinə icazə verib.

Hərbi sözçü Qay İnbar bildirib ki, İsrail fələstinli qaçqınlara yardım edən BMT Yardım və İş Agentliyinin Həmasın nəzarətində olan ərazilərə inşaat materialları gətirməsinə yaşıl işıq yandırıb.

Qəzzada tikintilərə böyük ehtiyac var. İsrailin Həmas yaraqlılarına qarşı 22 günlük dağıdıcı hücumu 2009-cu ilin yanvarında başa çatmış və ərazidəki tikililərin böyük əksəriyyətini dağıntılara məruz qoymuşdu.

XS
SM
MD
LG