Accessibility links

İsrail və Fələstin liderləri sülh əldə edilməsi vaxtının çatdığını bildirirlər


菲律賓麥格賽賽堡基地 (2012年4月18日) 清晨突襲﹐佔領142號高地。
菲律賓麥格賽賽堡基地 (2012年4月18日) 清晨突襲﹐佔領142號高地。

Benyamin Netanyahu İsrailin təhlükəsizliyi naminə fələstinlilərlə güzəştlərə hazır olduğunu deyib. Baş nazir bildirib ki, köhnə problemlərin yeni üsullarla həlli İsraildən yaradıcılıq tələb edir. Fələstinin sülh müzakirəçisi Saed Erekat İ bildirib ki, müzakirələrə son qoyub, qərarlar qəbul etmək lazımdır

İsrail və Fələstin liderləri fikir ayrılıqlarını arxada qoyub, sülh əldə edilməsi vaxtının çatdığını bildirirlər. İsrailin baş naziri Benyamin Netanyahu bu gün kabinet üzvlərinə İsrailin təhlükəsizliyi naminə fələstinlilərlə güzəştlərə hazır olduğunu deyib. Baş nazir bildirib ki, köhnə problemlərin yeni üsullarla həlli İsraildən yaradıcılıq tələb edir.

Bu arada Fələstinin sülh müzakirəçisi Saed Erekat İsrailin Ordu radiosuna bildirib ki, müzakirələrə son qoyub, qərarlar qəbul etmək lazımdır. Cənab Erekat uğursuzluğun Fələstin muxtariyyətinin dağılmasına yol açmaqla bərabər,olduqca baha başa gələcəyi barədə xəbərdarlıq verib.

XS
SM
MD
LG