Accessibility links

İsrailin hava hücumları nəticəsində 3 fələstinli həlak olub


İsrailin hərbi təyyarələrinin hücumu nəticəsində 3 fələstinli həlak olub. Fələstinli həkimləırin bildirdiyinə görə, ölənlərə bir yaraqlı, 60 yaşlı kişi və 12 yaşlı oğlan usagı daxildir.

İsrail ordusu isə İsrailin cənub bölgələrini raket atəşinə tutan yaraqlıların hədəf alındığını bildirir. Cümə günündən bəri İsrailin hücumları nəticəsində 18 fələstinli öldürülüb. Onların əksəriyyəti İslam Cihadı və Xalq Müqaviməti hərəkatının üzvüdür.

İsrailin baş naziri Benyamin Netanyahu fələstinli yaraqlılara hücumların baha başa gələcəyini və hava zərbələrinin ehtiyac duyulandək davam etdiriləcəyini bildirib.

İslam Cihadı qrupunun lideri Xalid Batç bildirib ki, “sionist təcavüzü” davam etdirilənədək sakitlikdən söz gedə bilməz.

XS
SM
MD
LG