Accessibility links

İsrailin yaranmasının ildönümü etiraz aksiyaları ilə müşayiət olunur


İsrailin yaranmasının ildönümü etiraz aksiyaları ilə müşayiət olunur
İsrailin yaranmasının ildönümü etiraz aksiyaları ilə müşayiət olunur

Bir qrup suriyalı nümayişçi İsrailin zəbt etdiyi Qolan Təpəliklərinə daxil olmağa cəhd edərkən İsrail əsgərlərinin atəş açması nəticəsində onlarla adam yaralanıb.

İnsidentdə 45 adamın xəsarət aldığı deyilir.

Qərb Sahili və Qəzza Zolağında yüzlərlə adam küçələrə çıxaraq İsrailin 1948-ci ildə yaranmasının ildönümünü etiraz aksiyaları ilə qeyd ediblər.

Qəzzanın şimalında İsrail qüvvələri sərhədə yaxınlaşan gənc nümayişçilərə atəş açıb. Nəticədə altı nəfər yaralanıb.

Qüdsün civarında əsgərlər izdihama qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə ediblər.

Ərəblərin “Naqba” - yəni “fəlakət” kimi qeyd etdiyi gündə bəzi fəallar yeni “intifada”ya çağırıblar.

XS
SM
MD
LG