Accessibility links

Qətliam qurbanları Srebrenitsa şəhərində yenidən dəfn edildi


Bu, İkinci Dünya Müharibəsindən bəri Avropada baş vermiş ən böyük qətliam idi

Bu gün on minlərlə insan Bosniyanın Srebrenitsa şəhərində toplaşaraq, 15 il bundan əvvəl baş vermiş qətliam qurbanlarının yenidən dəfn etmişlər. Bu, İkinci dünya Müharibəsindən bəri Avropada baş vermiş ən böyük qətliamdır. Qətliam qurbanlarının qohumları yeni qazılmış qəbirlərin yanına düzülən 775 tabutun ətrafına toplaşmış, müsəlman ruhanilər isə ölənlərin ruhuna dualar oxumuşlar.

1990-cı illərdə Bosniya müharibəsi zamanı və minlərlə müsəlmanın Bosniya serblərinin hərbi qüvvələrindən təhlükəsizliklərinin qorunmasına görə yardım istəməsindən sonra BMT Srebrenitsanı təhlükəsizlik zonası elan etdi. BMT-nin təhlükəsizlik zonalarının yaradılmasına dair qətnaməsində göstərilən şərtlər aydın deyildi və Bosniya serbləri 1995-ci ildə nəzarəti Hollandiya qüvvələrindən alıb anklavı əllərinə keçirməyə nail oldular. Ekspertlər Srebrenitsa və onun ətrafında 8 000-dən çox müsəlman kişi və oğlanın qətlə yetirildiyini deyirlər.

XS
SM
MD
LG