Accessibility links

Srebrenitsa qətliamının 25-ci ildönümü qeyd olunur


Şənbə günü Srebrenitsa qətliamının 25-ci ildönümü qeyd olunur. Həmin qətliam zamanı təxminən 8 min müsəlman kişi və oğlanlar bosniyalı-serb hərbi qüvvələri tərəfindən kütləvi şəkildə qətlə yetirilmişdi.

Hər il insanlar Bosniya və Herserqovinada yerləşən Srebrenitsa-Potokari memorialı və qəbirstanlığında toplaşır. Lakin bu il koronavirus pandemiyası səbəbilə mərasimdə yalnız az sayda insan iştirak edib.

Şənbə günü keçirilən tədbirdə bir neçə dünya liderinin video mesajları nümayiş etdirilib.

"Hər dəfə, hər fürsətdə səsimi dünya boyu öldürülən insanların ailələrinin səslərinə qatmaq, həyatlarını itirən insanlar üçün ədalətin təmin olunması, onların qalıqlarının tapılıb, son mənzillərinə yola salınması səylərini dəstəkləmək mənim üçün çox təsiredicidir”, sabiq ABŞ prezidenti Bill Klinton söyləyib.

1992-ci ildə başlayan və üç il yarım davam edən Bosniya Müharibəsinə son qoyan Deyton Sülh Sazişi Bill Klintonun iştirakı ilə imzalanıb.

ABŞ dövlət katibi öz video mesajında deyib ki, ABŞ “heç vaxt bu faciəni unutmayacaq” və ölkənin qurbanların ailələri ilə birlikdə kədərləndiyini və “Bosniya və Herseqovinadakı gözəl dostlarımızı” dəstəklədiyini əlavə edib.

Britaniya şahzadəsi Çarlz isə video mesajında “1995-ci ilin iyulunda baş verən və beynəlxalq məhkəmələr tərəfindən soyqırım kimi tanınan dəhşətli hadisələr bizim kollektiv vicdanımıza qoyulan dəhşətli bir yükdür. Beynəlxalq ictimaiyyət öldürülənlərə, bir təhər sağ qalanlar və sevdikləri insanları itirənlərə xəyanət edib. Biz keçmişdəki ağrıları xatırlayaraq və bundan nəticələr çıxarmaqla birlikdə bunun bir daha baş verməməsini təmin etməliyik ”

Serblər cəsədləri şərqi Bosniyanın ətrafındakı kütləvi məzarlarda basdırıblar. Hələ də onların bədənlərinin parçaları axtarıb çıxarılır. Azı 7 min nəfərin kimlikləri DNT testləri nəticəsində müəyyən edilib.

Beynəlxalq məhkəmə sabiq bosniyalı serb ordu lideri Ratko Mladiçi soyqırım törətməkdə təqsirli bilib və 2017-ci ildə ömürlük həbsə məhkum edib. Sabiq bosniyalə serb prezident Radovan Karadiç 2016-cı ildə müharibə cinayətlərində və 2004-cü idlə soyqırım elan edilən qətliamda təqsirli bilinib.

Şərhlərə bax

XS
SM
MD
LG