Accessibility links

Sərhədisiz Reportyorlar Mehman Hüseynovun həbsini tənqid edib


Sərhədisiz Reportyorlar Təşkiları azərbaycanlı fotojurnalist Mehman Hüseynovun nəzarət altına alınmasını kəskin tənqid edib. RATİ-nin üzvü olan Mehman Hüseynov polis zorakılıqları barədə fotolar və videolar hazırlayan reportyor və informasiya azadlığının müdafiəçisi kimi tanınır.

Sərhədisiz Reportyorlar Təşkilatı Hüseynovun həbsini siyasi qisas və qorxutma siyasəti kimi qiymətləndirir. Qurum onun təcili azadlığa buraxılmasına çağırır. Təşkilat ona qarşı irəli sürülən xuliqanlıq ittihamının qəbuledilməz olduğunu və hökumətin “Eurovision” mahnı müsabiqəsi zamanı nümayiş keçirilməsinə görə vətəndaş cəmiyyətlərini cəzalandırdığını deyir.

XS
SM
MD
LG