Accessibility links

Şridevi Kapura son ehtiram


Bu gün Mumbayda on minlərlə insan məşhur kino ulduzu Şridevi Kapura son ehtiramını bildirib.

Məşhur hind aktrisası Şridevi 54 yaşında vəfat edib. Onun ölümünə ürəyinin dayanması səbəb olduğu deyilmiş, daha sonra isə aktrisanın vannada boğulduğu elan edilmişdi.

Hind kinosunun ulduzu şənbə günü Dubayda dünyasını dəyişib. Aktrisa Birləşmiş Ərəb Əmirliklərinə həyat yoldaşı, prodüser Boni Kapur və kiçik qızı ilə bir yerdə toyda iştirak etmək üçün gedibmiş.

​Hindistan prezidenti Ram Natx Kovind aktrisanın ölümü ilə bağlı başsağlığı verib.

Aktrisa və prodüser olan Şridevi hind kinosunun əfsanələrindən sayılır. O, karyerası ərzində 265 filmdə çəkilib. Şridevi "Kədərli hekayə", "Hədiyyə", "Çandni", "Sevgi anı" və digər filmlərdən tanıyır.


XS
SM
MD
LG