Accessibility links

SSRİ həsrəti [Video]


SSRİ həsrəti
please wait
Embed

No media source currently available

0:00 0:02:01 0:00

Rusiyada Vladimir Putinin hakimiyyəti dövründə SSRİ-nin həsrətini çəkənlərin sayı artıb. Son rəy sorğularından məlum olub ki, rusların yarıdan çoxu Sovet İttifaqının süquna görə təəssüf hissi keçirir. Bu yaxınlarda Moskvada SSRİ-nin dağılmasının 25-ci ildönümü ərəfəsində Sovet erasından qalan xatirələrin özəl bir muzeyi açılıb.

Sovet təcrübəsi olmayan gənclər arasında SSRİ-nin həsrəti gözlənilməz bir haldır. Bunlardan biri SSRİ muzeyinin təsisçisi Oleq Popovdur.

“Düşünürəm ki, insanları keçmişə qaytarmaq yaxşı bir ideyadır. Onlar zəngin olmasalar da, sabahlarına ümidləri var idi. Sabitlik və ümid var idi. Bu gün insanlar baş verənlərə görə məyusdurlar.”

Bir çox rus üçün Sovet İttifaqı qayğısız uşaqlıq demək idi.

“Sovet İttifaqı dağıldıqda mən kiçik bir qız idim. Lakin valideynlərimdən pozitiv şeylər eşidirəm.”

Bir çoxları Sovet repressiyalarını SSRİ-nin qüdrəti və vəhdəti timsalında keçmiş şöhrəti ilə ört-basdır etməyə çalışır.

“Sovet İttifaqı haqda çox yaxşı təsəvvürə malikəm. Müsbət hallardan danışanlar var. Amma bu gün də pozitv hallar var.”

Sovetin şöhrəti yüksəldilərkən, ictimai dəstəyin canlandırılmasında Sovet tipli manipulyasiyalara da yol verilirdi.

“İctmaiyyətin birliyi və irəliləməsini təmin edəcək bir ideya yoxdur. Sovet televiziyası xalqın aldadırdı. Bu gün yalan keçmişdən daha çoxdur.”

Sovet dövrü rejimin əleyhinə olan Popov bir çox rus kimi SSRİ-nin dağılmasına görə təəssüf hissi keçirir. O, Sovet erasının araşdırılacağı, respessiyaların ağırlığına baxmayaraq onun nailiyyətlərinin üzə çıxarılacağına ümid edir.

XS
SM
MD
LG