Accessibility links

Staffan de Mistura istefa verməyi planlaşdırır


BMT-nin Suriya üzrə elçisi istefa verir. Staffan de Mistura deyib ki, “tamamilə şəxsi səbəblərdən” noyabrda dörd illik vəzifəsindən istefa verməyi planlaşdırır. Onun sözlərinə görə, Suriya prezidenti Bəşar Əl-Əsədin müharibədə irəliləyiş əldə etməsinə baxmayaraq, davamlı sülhün yalnız BMT çərçivəsində əldə oluna biləcəyinə inanır.

Bu il Suriya, Rusiya və İran qüvvələri ölkənin böyük hissəsinə nəzarəti ələ alıblar və bu da Suriyada yeddi ildir gedən vətəndaş müharibəsini bitirəcək beynəlxalq sülh razılaşmasının perspektivlərinə kölgə salır.

De Mistura münaqişə üzrə BMT-nin ən uzun müddət xidmət edən elçisidir.

İndi qərb liderləri Əsədi hədələyirlər ki, siyasi hakimiyyətin bölüşdürülməsi və yeni seçkilərin keçirilməsinə dair sazişə əməl etməsə, ölkənin bərpasına gərəkən vəsaiti ayırmayacaqlar. Onlar yalnız bu yolla müharibəni BMT-nin dəstəyi ilə həllinə ümid edirlər.

XS
SM
MD
LG