Accessibility links

İstanbulda İranın nüvə proqramı ilə bağlı müzakirələrin birinci günü başa çatıb


İstanbulda İranın nüvə proqramı ilə bağlı müzakirələrin birinci günü başa çatıb
İstanbulda İranın nüvə proqramı ilə bağlı müzakirələrin birinci günü başa çatıb

ran rəsmiləri artıq bildirib ki, Tehran nüvə proqramının texniki tərəfini və leqallığını müzakirə etməyəcək. Buna baxmayaraq İran rəsmiləri görüşlərin birinci günündə müzakirələrin müsbət bir atmosferdə keçirildiyini bildiriblər.

İrandan gəlmiş nümayəndələr və dünyanın 6 güclü dövlətinin təmsilçiləri Türkiyədə Tehranın mübahisəli nüvə proqramının müzakirəsinə başlayıblar.

İki günlük danışıqlarda 5+1 qrupu adı ilə tanınan BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya iştirak edib. ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner deyib ki, Birləşmiş Ştatlar İstanbulda hər hansı böyük dönüşün olacağını gözləmir. Ancaq onun sözlərinə görə, ABŞ 2009-cu ildən bəri İranın uranı zənginləşdirmə prosesinə müsbət təsir göstərəcək nüvə yanacağı mübadiləsi təklifini müzakirə etmək istəyindədir. Reuters xəbər agentliyinin bildirdiyinə görə İran tərəf indiyə qədər məsələ barədə güzəştə gedə biləcəyi haqda açıqlama verməyib.

İran rəsmiləri artıq bildirib ki, Tehran nüvə proqramının texniki tərəfini və leqallığını müzakirə etməyəcək. Buna baxmayaraq İran rəsmiləri görüşlərin birinci günündə müzakirələrin müsbət bir atmosferdə keçirildiyini bildiriblər.

XS
SM
MD
LG