Accessibility links

Stanford Universiteti maskaların COVID-19-a qarşı "faydasız" olduğu fikrini inkar edib


Kaliforniya ştatının Palo Alto şəhərində yerləşən Stanford Universitetinin Tibb Fakültəsi onlayn maskaların COVID-19-a qarşı "faydasız" olduğunu inkar edən bir açıqlama verib.

“COVID-19 dövründə üz maskaları: Sağlamlıq hipotezi” adlı hesabat noyabr ayında Medical Hypotheses jurnalında dərc olunub. Müəllifi Baruk Vaynşelboim olan məcmuədə "üz maskalarının effektivliyini dəstəkləyən elmi dəlillər yoxdur" - deyə, bildirilib və maskaların "fizioloji, psixoloji və sağlamlıq üçün mənfi təsirləri" olduğu iddia edilib.

Lakin Stanford Universiteti açıqlamasında təsvirin səhv olduğu və düzəliş edilməli olduğu deyilir.

Stanfordun açıqlamasında deyilir ki, Vaynşelboimun araşdırması nəşr olunduğu dövrdə məktəblə əlaqəsi olmayıb və onun yeganə əlaqəsi fakültəni bu sənədlə heç bir əlaqəsi olmayan elmi işçi kimi ziyarət etməsi olub.

Universitet koronavirusun səbəb olduğu COVID-19-un yayılmasına nəzarət etmək üçün maskaların istifadəsini qətiyyətlə dəstəklədiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG