Accessibility links

Starbucks-ın sabiq rəhbəri ABŞ prezidenti olmaq niyyətindədir


Starbucks-ın sabiq icraçı rəhbəri, milyarder Hovard Şults

Starbucks-ın sabiq icraçı rəhbəri, milyarder Hovard Şults 2020-ci ildə müstəqil namizəd kimi ABŞ-ın prezident seçkilərində namizədliyini irəli sürməyi planlaşdırdığını bildirib.

CBS tele-kanalına müsahibəsi zamanı o, fikrində ciddi olduğunu deyib.

Özünü “ömürlük demokrat” adlandıran Şults mərkəzçi müstəqil namizəd kimi seçkilərə qatılacağını qeyd edib.

Mən Amerika xalqının, Amerikanın qalib gəlməsini görmək istəyirəm

65 yaşlı milyarder çox həssas bir dövrdə yaşanıldığını bildirib. O deyib ki, Tramp prezidentliyə layiq deyil, demokrat və respublikaçılar isə Amerika xalqının ehtiyaclarını qarşılamır, xalq hər gün siyasi intiqamla üzləşir.

Nyu-Yorkun işçi sinfinə məxsus məhəllədə böyüyən Şults 1980-ci illərdə Vaşinqton ştatına köçərək, əsasını qoyduğu Starbucks-ı qlobal qəhvə biznesinə çevirib.

O, hər iki partiyanı ölkənin 21.5 trillion dollar börcuna görə günahlandırıb. Şults bunu konstitusiya öhdəliyi qarşısında səriştəsizlik kimi qiymətləndirib.

Şults onun namizədliyinin müxalif səslərdə parçalanmaya, bunun isə Trampın ikinci dönəm prezident seçilməsinə yol açacağına dair iddiaları rədd edib.

"Mən Amerika xalqının, Amerikanın qalib gəlməsini görmək istəyirəm" , Şults CBS-ə bildirib.

Prezident Tramp Şultsun müsahibəsinə qulas asdığını deyərək, Şultsun özü haqda çox da ağıllı insan olmadığını deməsi ilə razılaşdığını bildirib.

Tramp özünü nəzərdə tutaraq bildirib ki, Amerika artıq buna sahibdir.

Prezident tvir edərək Starbucks-ın Tramp Qülləsində ona hələ də icarə ödədiyinə ümid etdiyini yazıb.

Demokratlardan prezidentliyə namizədliyini irəli sürəcək texaslı Culian Kastro CNN-nə bildirib ki, əgər Şults yarışlara qoşulsa, bu, Trampa yenidən seçilmək şansı verəcək.

"Mən bunun Amerikanın marağına xidmət edəcəyini düşünmürəm", Kastro deyib.

Culian Kastro
Culian Kastro

Üçünca partiyadan namizədlər adətən qeyri-müəyyənliklə üzləşərək, gözlənilməyən nəticələrə səbəb olur.

1992-ci ildə milyarder Ross Peronun yarışlara qatılması Corc Buşdan səsləri alaraq, Bill Klintonun hakimiyyətə gəlməsinə yol açmışdı.

Demokratlar Ralf Neyderi 2000-ci il seçkilərində demokrat Al Qorun məğlubiyyətində və Corc Buşun hakimiyyətə gəlməsində günahlandırırdı.

XS
SM
MD
LG