Accessibility links

ABŞ Dövlət Departamenti Bəxtiyar Hacıyevə qarşı hücumdan narahatdır


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

“Azərbaycanda konstitusion hüquqlarını həyata keçirən vətəndaşlara qarşı zorakılıq, hücumlar və digər təzyiq formalarından dərin narahatıq,” aprelin 29-da ABŞ Dövlət Departamentinin sözçüsü azərbaycanlı fəal Bəxtiyar Hacıyevə qarşı edilən hücumla bağlı Turan agentliyinin sualına cavabında bildirib.

"Biz, höküməti bütün bu kimi hadisələri araşdırmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırırıq," sözçü Turan agentliyinə bildirib.

“Birləşmiş Ştatlar insan hüquqları və əsas azadlıqları qətiyyətlə müdafiə edir. Və biz bir daha hökuməti öz vətəndaşlarının hüquqlarına, o cümlədən öz fikirlərini dinc ifadə etmək hüququna hörmət etməyə çağırırıq,” sözçü əlavə edib.

Bəxtiyar Hacıyev aprelin 21-də bildirib ki, o, oğurlanıb, işgəncələrə məruz qalıb, videoya çəkilib, Azərbaycanın daxili işlər naziri ilə bağlı Facebook-da yazdığı yazıları silməyə məcbur edilib, sonra gözü bağlı halda Bakı şəhərindən kənarda sərbəst buraxılıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG