Accessibility links

Stefan Şennak: "Ümid edirəm ki, Azərbaycan höküməti dialoqa açıq olacaq"


Stefan Şennak: "Ümid edirəm ki, Azərbaycan höküməti dialoqa açıq olacaq"
please wait

No media source currently available

0:00 0:03:12 0:00

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Azərbaycan hakimiyyətini “xuliqanlıq” ittihamı ilə 4 il üç ay müddətinə azadlıqdan məhrum edilmiş müxalif siyasətçi Tofiq Yaqublunun işinə yenidən baxmağa çağırıblar. AŞPA həmməruzəçisi Stefan Şennak Amerikanın Səsinə müsahibədə Tofiq Yaqublunun həbsi ilə bağlı bəyanatdan və AŞPA və digər Avropa qurumlarının mümkün cavab tədbirlərindən bəhs edib.

Amerikanın Səsi: Cənab Şennak, Azərbaycan rəsmiləri aparıcı müxalifət lideri Tofiq Yaqublunu xuliqanlıq ittihamı ilə dörd il üç ay müddətinə azadlıqdan məhrum ediblər. Sizin ona qarşı çıxarılan hökmə münasibətiniz nədir?

Stefan Şennak: Avropa Şurasının məruzəçiləri bu gün bəyanatla çıxış ediblər və biz narahtlığımızı ifadə etmişik və Azərbaycan hökümətini demokratik yola dönməyə çağırmışıq. Hər bir demokratiyada müxalifətin olması zəruridir. Buna Azərbaycan da daxildir.

Hər bir demokratiyada müxalifətin olması zəruridir. Buna Azərbaycan da daxildir. 

Tofiq Yaqublu isə çox mülayim bir insandır. Mən onunla bir dəfə Bakıda səfərdə ikən görüşmüşəm. Mənim fikrimcə o xuliqanlıqdan çox uzaq bir adamdır.

Bilirəm ki, hakimlər müxtəlif insanların işlərində bu ittihamdan istifadə edirlər, amma məncə onların xuliqanlıqla əlaqələri yoxdur.

Amerikanın Səsi: Sizcə Azərbaycan höküməti Tofiq Yaqublunu həbsdə saxlamaqla nə əldə edir?

Stefan Şennak: Bilmirəm. Son seçkidən sonra vəziyyətin nə üçün bu qədər pisləşdiyini bilmirəm. Onlar seçkidə çoxluq əldə etdilər. Bəs nə üçün müxalifətə qarşı bu qədər mübarizə aparırlar? Məncə biz pandemiyadan sonra məruzəçilər olaraq Azərbaycana səfər edə biləcəyik və orada prezidentlə, baş nazirlə, ədliyyə naziri və polislə bunları müzakirə etmək imkanımız olacaq. Hələlik isə baş verənləri uzaqdan izləyə bilirik.

Amerikanın Səsi: Prezident İlham Əliyev mart ayında Novruz bayramı çıxışı zamanı pandemiyadan müxalifətə qarşı istifadə oluna biləcəyinə işarə etmişdi. Və əslində pandemiya zamanı bir neçə müxalif fəal həbs olundu. Bildiyiniz kimi sərt karantin rejimi sentyabrın sonunadək uzadılıb və bir çoxları karantin rejiminin siyasi məqsədlə uzadıldığını iddia edir. Siz bununla bağlı nə düşünürsünüz?

Stefan Şennak: Heç bir hökümət pandemiyadan müxalifətə, jurnalistlərə, mediaya təzyiq göstəmək üçün sui-istifadə etməməlidir. Avropa Şurası üçün bu qəbuledilməzidir. Mən özüm mətbuat azadlığı və jurnalistlərin təhükəsizliyi üzrə baş məruzəçi olaraq bu zaman ərzində başqa ölkələrə də şamil olunan müxtəlif bəyanatlar vermişəm ki, media və xüsusilə də jurnalistlərə qarşı təzyiq tamamilə qəbuledilməzdir. Və biz Azərbaycanda da pandemiyadan sui-istifadə olunub-olunmadığını diqqətlə araşdırırıq, amma bunun üçün biz Bakıya getməliyik. Ümid edirəm ki, bu, payızın sonunda baş verəcək.

Mən ümid edirəm ki, Azərbaycan höküməti dialoqa açıq olacaq. Bizə təzyiq yox, dialoq lazımdır.

Amerikanın Səsi: AŞPA və ya başqa Avropa qurumlarından Tofiq Yaqublunun işi ilə bağlı, onun azadlığa çıxmasına gətirib çıxara biləcək hər hansı əlavə addım və ya tədbir gözlənilirmi?

Stefan Şennak: Mən ümid edirəm ki, Azərbaycan höküməti dialoqa açıq olacaq. Bizə təzyiq yox, dialoq lazımdır. Mənim və xüsusilə də Avropa Şurasının üstünlüyü dialoqdur, biz demokratiyanı, insan haqlarını və qanun aliliyini qoruyuruq. Avropa İttifaqı kimi digər qurumların ticarət və ya cooğrafiya maraqları var. Amma biz dəyərlərimizə diqqət yetiririk və bəncə bu çox yaxşıdır. Bunun üçün də bizim dialoqa və yenə də dialoqa ehtiyacımız var.

Şərhlərə bax

XS
SM
MD
LG