Accessibility links

Stefan Şennak: Hər bir üzv ölkə Avropa Şurası qarşısındakı öhdəliklərini yerinə yetirməlidir


Stefan Şennak

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisinin Amerikanın Səsinə müsahibəsi

Avropa Şurası Parlament Assambleyasınımn Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak Amerikanın Səsinə və Turan agentliyinə müsahibəsində ölkənin öhdəlikləri, insan hüquqları və demokratiya məsələlərindəın danışıb. Cənab Şennak Azərbaycana səfərinin yekunları barədə də məlumat verib.

Sual: Sizin Azərbaycanda keçirdiyiniz görüşlərin mövzusu nə olub?

Cavab: Görüşlərimizin siyahısı həmişəki kimi idi. Yəni hər dəfə Azərbaycana gələndə bundan əvvəlki səfərdəki təəssüratımızı müqayisə edirik. Görüşlərimiz də ənənəvi olaraq rəsmi qurumlar və eləcə də QHT-lər, hüquq müdafiəçiləri və mətbuat nümayəndələri ilə keçirilir. Bu dəfə də biz, həmişəki kimi, Prezident Administrasiyası, Daxili İşlər Nazirliyi, Prokurorluq, Ali Məhkəmə və digər qurumlarda görüşlərdə olduq.

Sual: Müzakirə etdiyiniz mövzular hansılar idi?

İlqar Məmmədov və İlkin Rüstəmzadə ilə gözəl və səmimi görüşlərimiz oldu. Çünki bu gənclər heç nədən həbs edilmişdilər. Yalnız ona görə ki, söz azadlığı və ifadə azadlıqlarından istifadə etmək istəmişdilər.

Cavab: Müzakirə etdiyimiz mövzular prezidentin sərəncamı, bir sıra cinayət hərəkətlərinin dekriminallaşdırılması. Biz şadıq ki, artıq əvvəllər cinayət sayılan 15 hərəkət dekriminallaşdırılıb və bu proses davam etməkdədir. Daha sonra biz hüquq mühafizə orqanlarına olan etibarın və şəffaflığın artırılmasını müzakirə etdik. Təbii ki, siyasi məhbuslar kimi ciddi məsələ də kənarda qalmadı. Belə ki, Novruz bayramı ərəfəsində edilən əfv bizi çox sevindirir, lakin bu problem hələ də tam həll olunmamış qalır. Bir də şəxsən mənə əvvəllər həbsdə olan insanlarla indi azad və rahat şəraitdə görüşüb, söhbət etmək nəsib oldu. Belə ki, İlqar Məmmədov və İlkin Rüstəmzadə ilə gözəl və səmimi görüşlərimiz oldu. Çünki bu gənclər heç nədən həbs edilmişdilər. Yalnız ona görə ki, söz azadlığı və ifadə azadlıqlarından istifadə etmək istəmişdilər.

Daha bir ciddi məsələ hansını ki, biz müzakirə edirdik, bu da “Nardaran məhbus”ları idi.

Sual: Bu dəfə Əfqan Muxtarlı və Seymur Həzi kimi siyasi məhbuslarla görüşmək kimi imkanlarınız oldumu?

Bu məni məyus edir, çünki biz Qobustan həbsxanasında Səid Dadaşbəyli, Əfqan Muxtarlı və digər məhbuslarla görüşmək istəyirdik.

Cavab: Biz bu barədə müraciət etmişdik, lakin ilk dəfə idi ki, bizə məhbuslarla görüşmək imkanı verilmədi. Bu məni məyus edir, çünki biz Qobustan həbsxanasında Səid Dadaşbəyli, Əfqan Muxtarlı və digər məhbuslarla görüşmək istəyirdik. Dediyim kimi ilk dəfə bizə belə imkan yaratmadılar. Əvəzində isə bizə polisin müvəqqəti saxlama yerinə baş çəkməyə imkan yaratdılar.

Sual: Ümumiyyətlə Azərbaycanda insan haqlarının vəziyyətini necə qiymətləndirirsiniz?

Cavab: Mən belə deyərdim, yaxşılaşdırmaq üçün xeyli imkan var. Yəni, biz hakim olmaq istəmirik. Lakin vəziyyətin yaxşılaşdırılması istiqamətində məsləhətlər verə bilərik. Söhbət demokratiya, insan haqları, qanunun aliliyi və digər məsələlərdən gedir. Bu səfərin nəticəsi olaraq mən qısa hesabat hazırlayacam. Lakin gələn il üçün Azərbaycanla bağlı geniş hesabat hazırlanıb Avropa Şurasının sessiyasına təqdim ediləcək. Ümid edirəm ki, Azərbaycan bizim monitorinq missiyamızla əməkdaşlığa qayıdacaq. Çünki bu dəfə mən bunu hiss eləmədim. Görüşlər və danışıqlar protokol çərçivəsində formal keçdi.

Sual: Avropa Şurasının Azərbaycanda həyata keçirdiyi insan haqları ilə bağlı proyektlər nə dərəcədə xeyrlidir? Nəzərə alsaq ki, məhz elə Avropa Şurasının özü Azərbaycanı insan haqlarının pozulmasında tez-tez günahlandırır.

Sizin ölkədə QHT-lərin vəziyyəti nə qədər çətindir

Cavab: Sovet höküməti dağıldıqdan sonra yeni müstəqil dövlətlər yeni dövlət sisteminə keçməlidir. Bu yol uzundur. Geci-tezi siz müstəqil prokurorluq, müstəqil məhkəmələr anlayışını qəbul etməlisiniz. Bunun baş verməsi üçün QHT-lər və dövlət qurumları müəyyən treyninqlərdən keçməlidir. Biz çox ümid edirik ki, qanunun aliliyi get-gedə inkişaf edəcək və sizin ölkədə qəbul edilmiş sistemə çevriləcək. Bizim proyektlərin məqsədi bundan ibarətdir. Bundan əlavə, biz bilirik ki, sizin ölkədə QHT-lərin vəziyyəti nə qədər çətindir. Bizim digər istiqamətdə gördüyümüz işlərin məqsədi vətəndaş cəmiyyətinin vəziyyətini yaxşılaşdırmaq məqsədi güdür. Belə ki, səfər zamanı biz seçki qanunu, siyasi partiyalar haqqında qanun və digər sənədlərin tətbiqi ilə bağlı danışıqlar aparırıq. Lakin bunların baş verməsi üçün bizim sizinlə əməkdaşlığımız dəyişməlidir. Belə ki, vaxtı ikən Venesiya Komissiyası sizin hökümətə verdiyi tövsiyyələr qəbul edilsin. Biz sizin ölkədə keçirilən seçkiləri tənqid etməyək. Belə olmaq üçün, təkrar edirəm, siizn hökümət bizimlə dialoq aparmalıdır.

Biz sizin höküməti buna məcbur edə bilmərik. Lakin, biz də, siz də çox yaxşı bilirik ki, insan haqları, demokratiya və azadlıqların təmin edilməsi sayəsində hələ xeyli işlər görülməlidir. Məhz buna görə də biz sizi əməkdaşlığa və dialoqa çağırırq.

Sual: Hesabatınızı nə vaxt təqdim etməyi planlaşdırırsınız?

Cavab: Avropa Şurasının qaydalarına görə hesabat hər 2-3 ildən bir təqdim edilməlidir. Mən belə planlaşdırıram ki, bizm hesabat 2020-ci ilin iyun ayında təqdim ediləcək.

Sual: Avropa Şurası Azərbaycanda demokratiyanın güclənməsini necə görür?

Sizin hökümət Avropa Məhkəməsinin qərarını yerinə yetirmək istəmirdi. Belə olmaz. Qərarı yerinə yetirmək əvəzinə, bizi ikili standartlarda günahlandırırsız.

Cavab: Təkrar edirəm ki, biz sizi heç nəyə məcbur etmirik. Bizim gördüyümüz işlər bir məqsəd daşıyır. Sizin ölkədə vəziyyətin yaxşılaşdırılması. Çox vaxt sizin ölkədə bizim təkliflərimizi tənqid və təzyiq kimi qəbul edirlər. Bu, belə deyil. Çünki Avropa Şurasına qoşularkən sizin ölkə öz üzərinə müəyyən öhdəliklər götürüb, insan haqları və demokratiya sahəsində. Bu öhdəlikləri hər bir ölkə yerinə yetirməlidir.

Misal üçün, Avropa İnsan Haqları Məhkəməsinin qərarları ilə oynamaq olmaz. Onları həyata keçirmək lazımdır. Bu da üzv ölkənin öhdəliklərindən biridir. Belə ki, İlqar Məmmədovun məsələsi 3 il idi ki, mənim gündəliyimdə birinci yerdə iid. Çünki sizin hökümət Avropa Məhkəməsinin qərarını yerinə yetirmək istəmirdi. Belə olmaz. Qərarı yerinə yetirmək əvəzinə, bizi ikili standartlarda günahlandırırsız. Bu haqsızlıqdır. Mən istərdim ki, gün gəlsin və sizin vətəndaşlar müstəqil məhkəmə və haqq-ədalətlə işləyən hüquq mühafizə orqanları əldə etsinlər.

XS
SM
MD
LG