Accessibility links

Minsk Qrupunun fransalı yeni həmsədri Bakıda səfərdə olub


Stefan Viskonti
Stefan Viskonti

“ATƏT-in Minsk Qrupunun fransalı həmsədri vəzifəsini icra edən səfir Stefan Viskonti 11-12 dekabr tarixlərində Azərbaycanda səfərdə olub. Bu, Stefan Viskontinin Hamburq şəhərində ATƏT-in Nazirlər Şurasında hər iki həmsədr həmkarı ilə birlikdə iştirakından bir neçə gün sonra və vəzifəsinin icrasına başladıqdan sonra regiona ilk səfəridir”. Bu barədə Fransanın Azərbaycandakı səfirliyinin kommunikesində deyilir.

Cənab Viskonti Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.

“Bakıya səfəri zamanı cənab Viskonti Dağlıq Qarabağ münaqişəsinin qərəzsiz və ədalətli həllinin asanlaşdırılması üçün ABŞ və Rusiya Federasiyası ilə birlikdə Fransanın öz səylərini davam etdirəcəyi barədə qətiyyətli öhdəliyini bir daha bildirib”, kommunikedə qeyd edilir.

XS
SM
MD
LG