Accessibility links

Məhəmməd Əl-Məqarif: Kristofer Stevensin qətli əvvəlcədən planlaşdırılan terror aksiyası idi


Liviyanın prezidenti ABŞ-ın Liviyadakı səfəri Kristofer Stevens və digər 3 diplomatın qətlinin əvvəlcədən planlaşdırılan terror aksiyası olduğunu deyib.

NBC xəbər agentliyinə müsahibəsi zamanı Məhəmməd Əl-Məqarif bildirib ki, qətlin anti-islam filminə etirazla heç bir əlaqəsi yoxdur. O, hücumun dəqiqliklə həyata keçirildiyini və göründüyü kimi bunun üçün ciddi hazırlıqlar aparıldığını deyib.

ABŞ rəsmiləri də səfirlik işçilərinə qarşı hücumu terror aktı adlandırmışdı.
XS
SM
MD
LG