Accessibility links

ABŞ Federal Aviasiya Administrasiyasının rəhbəri özünü karantinə alıb


ABŞ Federal Aviasiya Administrasiyasının rəhbəri Stiv Dikson Konqresin koronavirusa yoluxmuş iki üzvündən biri ilə qısa müddətli kontaktdan sonra 7 gün evində karantində qalacağını bildirib.

Dikson özünü yaxşı hiss etdiyini və koronavirus simptomları olmadığı üçün testdən keçmədiyini deyib. "Mənim üçün ən ağıllı və konstruktiv yol evdə qalmaqdır" - deyə, o bildirib.

Çərşənbə günü bəzi xəbər agentlikləri Stiv Diksonun keçən həftə Konqres iclasında COVID-19 testinə müsbət nəticə verən Meri Diaz-Balartla əl verən fotolarını dərc edib.

Bundan əvvəl də ABŞ senatoru Ted Kruz koronavirusa yoluxan CPAC siyasi konfrans iştirakçısı ilə təmasda olduğu üçün özünü karantinə alacağını bildirmişdi.

Sabiq prezidentliyə respublikaçı namizədin sözlərinə görə, Kruz Merilend ştatında keçirilən siyasi tədbirdə virus aşkarlanan şəxslə "qısa ünsiyyətdə olub".

XS
SM
MD
LG