Accessibility links

ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri Ermənistanı atəşkəsə əməl etməyə çağırır


Stiv Kohen
Stiv Kohen

ABŞ Konqresinin Nümayəndələr Palatasında Azərbaycan üzrə İşçi Qrupun həmsədri, Tennesi ştatından seçilmiş demokrat konqresmen Stiv Kohen aprelin 7-də Ermənistanın Azərbaycana qarşı hərbi aqressiyasını tənqid edən bəyanatla çıxış edib. Bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat yayıb.

Konqresmenin bəyanatında Azərbaycan və Ermənistan arasında bu yaxınlarda əldə edilmiş atəşkəs razılaşmasının alqışlandığı bildirilir. Buna baxmayaraq, konqresmen Kohen Ermənistanın Azərbaycan tərəfinin zorakılığın dayandırılması məqsədi ilə ötən bazar günü irəli sürdüyü atəşkəs təklifini dərhal müsbət cavablandırmaması və hərbi əməliyyatları davam etdirməsinin təəssüf doğurduğunu ifadə edib.

Sonda konqresmen Ermənistandan əldə edilmiş atəşkəs razılığına sadiq olmağı və uzun müddət davam edən bu münaqişənin həll edilməsi üçün ATƏT-in Minsk Qrupu çərçivəsində Azərbaycanla əməkdaşlıq etməyi tələb edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG