Accessibility links

NATO Ukraynanı hava hücumundan müdafiə sistemləri və əlavə silahlarla təmin edəcəyini bildirib


NATO-nun Baş katibi Yens Stoltenberq
NATO-nun Baş katibi Yens Stoltenberq

NATO-nun Baş katibi Yens Stoltenberq mətbuat konfransında NATO-nun Ukraynanı hava hücumundan müdafiə sistemləri və əlavə silahlarla təmin edəcəyini bildirib.

Onun sözlərinə görə, “Rusiya Avropada sülhü dağıtdı” və indi “Ukrayna xalqı Rusiyanın təcavüzünə qarşı öz azadlığı uğrunda mübarizə aparır”.

NATO Rusiyanı “bu mənasız müharibəni” dərhal dayandırmağa, qoşunlarını Ukraynadan çıxarmağa və dialoq yoluna qayıtmağa çağırıb.

"Dünya Rusiyanı və Rusiya rəhbərliyini cavab verməyə çağırır. Rusiya təcavüzkardır və Belarus buna dəstək verir. Prezident Vladimir Putin Ukraynanı işğal etmək qərarına gəlib və bu, Rusiyaya çox baha başa gələcək dəhşətli strateji səhvdir" - deyə, NATO-nun Baş katibi bildirib.

Stoltenberq Rusiyanın “Ukraynanın qanuni olaraq seçilmiş demokratik hökumətini devirmək istədiyini” və Kremlin məqsədlərinin təkcə Ukrayna ilə məhdudlaşmadığını qeyd edib.

Fevralın 24-nə keçən gecə Rusiya prezidenti Vladimir Putin Ukraynanın “dezifikasiyası və demilitarizasiyası” üçün “xüsusi hərbi əməliyyata” başlanıldığını elan edib. Bundan dərhal sonra Kyiv, Xarkiv, Odessa, Kramatorsk, Berdyanskda partlayışlar və raket hücumları ilə bağlı xəbərlər yayılmağa başlayıb. Rusiya qoşunları Ukraynanın 5 rayonunda sərhədi keçib.

Fevralın 25-də səhər Kyivdə partlayışlar barədə xəbərlər gəlib. Hava hücumundan müdafiə sistemləri uçan obyektləri vurur.

Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyasının Təhlükəsizlik Şurası ilə iclası zamanı Ukrayna ordusunu “hakimiyyəti öz əllərinə almağa” çağırıb. O, Kyiv hakimiyyətini “narkomanlar və neo-nasistlər dəstəsi” adlandırıb.

Qərb ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Avropa İttifaqının sanksiyaları xüsusilə Vladimir Putin və xarici işlər naziri Sergey Lavrobu hədəf alır.

XS
SM
MD
LG