Accessibility links

Stoltenberq: Təhlükəsizlik maraqlarımız Putinin Ukraynaya qarşı müharibədə qalib gəlməməsindən ibarətdir


NATO-nun baş katibi Yens Stoltenberq
NATO-nun baş katibi Yens Stoltenberq

NATO-nun baş katibi Yens Stoltenberq bazar ertəsi bildirib ki, Kyiv Rusiyanın ələ keçirdiyi əraziləri hələ geri qaytara bilməsə də, Ukrayna Rusiyanı ciddi itkilərə məruz qoyur.

"Əlbəttə, biz istərdik ki, onlar (Ukrayna) mümkün qədər çox ərazini azad etsinlər və (bunu) tez bir zamanda etsinlər. Lakin cəbhə xəttində irəliləyiş olmasa də, ukraynalılar Rusiya işğalçılarının böyük itkilər verməsinə nail olub" - deyə, Şimali Atlantika Alyansının rəhbəri bildirib.

Stoltenberq son həftələr və aylar ərzində baş verən döyüşlərin bütün müharibə ərzində ən gərgin döyüşlərdən olduğunu xatırladıb.

"Biz cəbhə xəttində bir o qədər də irəliləyiş olmaması ilə reallıqda çox ağır döyüşlərin getdiyini ayırd etməliyik", Stoltenberq vurğulayıb.

NATO-nun baş katibi qeyd edib ki, Kyiv Rusiyanın genişmiqyaslı müdaxilə başlayandan bəri ələ keçirdiyi ərazilərin 50 faizini artıq geri alıb.

"Bu, Ukrayna üçün böyük qələbədir", Stoltenberq deyib və əlavə edib ki, "Rusiya siyasi, iqtisadi və hərbi cəhətdən zəifləyir".

Qərbin Ukraynaya dəstəyindən danışan Stoltenberq qeyd edib ki, Almaniya və Niderland Kyivə hərbi yardımı 10 milyard avro (11 milyard dollar) həcmində artıracağına söz verib.

Münaqişənin son nəticədə necə sona çatacağı məsələsinə toxunan Stoltenberq deyib ki, "bu müharibənin başa çatdırmasının məqbul yollarına Ukrayna qərar verməlidir".

"Bizim Ukraynanı dəstəkləmək və ona (Rusiya tərəfindən işğal olunmuş) mümkün qədər çox ərazilərini azad etmək və danışıqların başlaya bilməsi üçün (Ukraynaya) ən yaxşı vəziyyətdə olması imkanı vermək kimi öhdəliyimiz var" - deyə, o bildirib.

Çərşənbə axşamı Brüsseldə görüşəcək NATO xarici işlər nazirlərinin Kyivi dəstəkləyəcəklərinə əmin edəcəkləri gözlənilir.

Forum

XS
SM
MD
LG