Accessibility links

Stoltenberq ABŞ, Britaniya, Türkiyə və Azərbaycanın Kabil aeroportunun təhlükəsizliyində rolunu qeyd edib


NATO Secretary General Jens Stoltenberg holds an online news conference after a NATO Foreign Ministers video meeting following developments in Afghanistan, at the NATO headquarters in Brussels, Belgium, Aug. 20, 2021.
NATO Secretary General Jens Stoltenberg holds an online news conference after a NATO Foreign Ministers video meeting following developments in Afghanistan, at the NATO headquarters in Brussels, Belgium, Aug. 20, 2021.

NATO-nun Baş katibi Yens Stoltenberq alyans qarşısında əsas məqsədin Kabil hava limanının davamlı fəaliyyətinin təmin olunması və təxliyənin başa çatdırılması olduğunu bildirib. Stoltenberq bu açıqlamaları NATO-ya üzv ölkələrin xarici işlər nazirləri ilə Əfqanıstanda vəziyyəti müzakirə etdikdən mətbuat konfransı zamanı verib.

NATO baş katibi vəziyyətin mürəkkəb və hələ də qeyri-müəyyən olduğunu qeyd edib.

Stoltenberq həmçinin hava limanında təhlükəsizliyin təmin edilməsində göstərdikləri dəstəyə görə Türkiyə, ABŞ, Britaniya və Azərbaycana təşəkkürünü bildirib.

“NATO müttəfiqlərinin silahlı qüvvələrinə, xüsusilə də Türkiyə, ABŞ və Britaniya, eləcə də tərəfdaşımız Azərbaycana hava limanının təhlükəsizliyinin təmin edilməsindəki həyati əhəmiyyətli rollarına görə təşəkkürümü bildirirəm,” NATO Baş katibi bildirib.

Stoltenberq NATO-nun minlərlə insanın ölkədən çıxmasına imkan yaratmaq məqsədilə Kabilin beynəlxalq hava limanında əməliyyatları davam etdirmək üçün gecə-gündüz çalışdığını vurğulayıb. Onun bildirdiyinə görə, NATO-nun 800 nəfərdən ibarət mülki personalı aeroportun fəaliyyətinin davam etdirilməsinin təmin edilməsi üçün çalışıb.

Stoltenberq həmçinin Talibanı hava limanına çatmağa çalışan əfqanlar və xaricilərin ölkəni tərk etməsinə icazə verməyə çağırıb.

NATO baş katibi bu açıqlamaları ABŞ hərbi qüvvələrinin Əfqanıstandan çıxarılmasının ardınca Talibanın hakimiyyətə sürətlə ələ keçirməsi və ölkədə yaranan qarışıqlar fonunda verib.

NATO-nun Əfqanıstandakı missiyası təxminən 20 illik müharibədən sonra bu ilin yazında başa çatıb və alyansın qüvvələrinin əksəriyyəti ölkədən çıxarılıb.

Hazırda Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə Kabil hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrinin icrasını davam etdirir.

XS
SM
MD
LG