Accessibility links

Stoltenberq NATO ölkələrini birliyə çağırıb


NATO-nun baş katibi Yens Stoltenberq hərbi alyansın gərginliklərə görə zəifləyə bilməsi ilə bağlı narahatlıqlar fonunda təşkilata üzv 29 ölkəni ticarət, iqlim dəyişikliyi və İranın nüvə razılaşması ilə bağlı tranlantik mübahisələri bir tərəfə qoymağa çağırıb.

Stoltenberq Guardian qəzetində baş məqalədə alyansı birləşdirən əlaqələrin “gərgin vəziyyətdə” olduğunu bildirib.

“Biz fikir ayrılıqlarını həll etmək üçün gərgin işi davam etdirməli və fikir ayrılıqlarının qaldığı məsələlərdə isə təhlükəsizlik sahəsində əməkdaşlığa mənfi təsiri azaltmalıyıq”, Stoltenberq məqalədə yazıb.

NATO baş katibinin mesajı ABŞ prezidenti Donald Trampın Brüsseldə alyans üzvləri ilə görüşünə bir aydan az müddət qaldığı vaxta təsadüf edir. Stoltenberq bildirib ki, NATO bundan əvvəl fikir ayrılıqlarına üstün gələ bilib və indi də bunu edə bilər.

Prezident Tramp bundan əvvəl NATO tərəfdaşlarının keçən ilki görüşündə alyans üzvlərini müdafiə sahəsinə kifayət qədər maliyyə ayırmadıqlarına görə tənqid etmişdi.

XS
SM
MD
LG