Accessibility links

Stoltenberq Rusiyaya Ukrayna sərhədləri yaxınılığında hərbi qüvvə cəmləşdirilməsi ilə bağlı xəbərdarlıq edib


NATO-nun Baş katibi Yens Stoltenberq Rusiyanın Ukrayna ilə sərhədi yaxınlığında döyüşə qabiliyyətli qoşunlar, tanklar və ağır hərbi texnika cəmləşdirdiyinə dair xəbərdarlığını təkrar edib və Moskvaya qonşusuna qarşı hər hansı güc tətbiqinin “bədəli” olacağı barədə xəbərdarlıq edib.

Rusiyanın son zamanlar sərhəd yaxınnlığında 90 mindən çox əsgəri qüvvə cəmləşdirdiyi ilə bağlı xəbərlər ABŞ və Almaniyanı Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünü dəstəklədiyihni təkrar etməsinə səbəb olub.

"Rusiya Ukraynaya qarşı güc tətbiq etsə, bunun nəticələri olacaq" - deyə, Stoltenberq Brüsseldə bildirib.

Moskva Rusiya qoşunları və digər yardımlarla bağlı çoxsaylı dəlillərə baxmayaraq, Kyivin Ukraynanın şərqindəki separatçılarla 7 illik müharibəsində birbaşa iştirakını inkar edir. Rusiya qoşunlarının hərəkəti ilə bağlı son məlumatları daxili məsələ kimi qiymətləndirib.

“Bu, cari ildə ikinci dəfədir ki, Rusiya regionda böyük miqyasda və qeyri-adi şəkildə qüvvələr cəmləşdirir” - deyə, Stoltenberq hərbi qüvvələrin yaz aylarında iddia edilən cəmləşməsinə toxunaraq bildirib. O zaman yaranan gərginlik Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Co Bayden arasında keçirilən sammitdən az sonra azalmışdı.

Rusiya bu həftə Ukrayna yaxınlığında Qara dəniz bölgəsində hərbi təlimlərə başlayıb.

Noyabrın 26-da Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin Rusiyanın istənilən eskalasiyasına hazır olduğunu bildirib və şəxsiyyəti müəyyən edilməyən rusiyalıların və ukraynalıların gələn həftə onun hökumətini devirməyə cəhd etdiyini iddia edib.

Rusiya bu yaxınlarda 2020-ci ildə Belarusda çox tənqid olunan prezident seçkilərindən sonra Aleksandr Lukaşenko ilə Qərb arasında davam edən gərginliklərdə iştirakını gücləndirib.

ABŞ Dövlət katibi Antoni Blinken və NATO-nun digər ölkələrinin 29 xarici işlər nazirinin noyabrın 30-da Latviyada keçirəcəyi görüşdə Rusiyanın fəaliyyətlərinin gündəmdə olacağı planlaşdırılır.

Blinkenin və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun hər ikisinin dekabrın 2-i və 3-də ATƏT nazirlərinin görüşündə iştirakı gözlənilir.

XS
SM
MD
LG