Accessibility links

Stormi Daniels strip klubda həbs edilib


Porno ulduz Stormi Daniels Ohayo ştatında strip klubda həbs edilib.

Danielsin vəkili deyib ki, ekzotik rəqqasə ştatın qanununa zidd olaraq müştəriyə ona toxunmasına icazə verməkdə təqsirləndirilir. Danielin vəkili Associated Press-ə bəzi müştərilərin ona qeyri-seksual yolla toxunduğunu deyib.

Əsl adı Stefani Klifford olan Daniels çərşənbə axşamı günü səhər həbs edilib və onun qayda pozuntusunda ittiham olunacağı gözlənilir.

Daniels bu ilin əvvəli ABŞ prezidenti Donald Tramp 2006-cı ildə evli olduğu zaman onunla seksual münasibətdə olduğunu bildirdikdən sonra tanınmağa başlayıb. Tramp is bununla bağlı iddiaları rədd edir.

Daniels Tramp və onun uzun zaman şəxsi vəkili olmuş Maykl Koheni məhkəməyə verib və 2016-cı il prezident seçkilərindən əvvəl imzalanmış müqaviləni ləğv etməyə çalışır.

XS
SM
MD
LG