Strasburq: Fransız polisi ictimai nəqliyyatda reydlər aparır
Koronavirusa görə martın 17-dən bəri karantində olan Fransa, zəruri hallar istisna küçəyə çıxma məhdudiyyəti tətbiq edir. Peşə fəaliyyəti, gündəlik bazarlıq, tibbi yardım almaq kimi zəruri hallarda bayıra çıxanlar xüsusi arayış formasını doldurmalı, yoxlama olarsa, kağız və ya smartfon üzərindən təqdim etməlidirlər. Epidemiyanın Fransada yayılmağa başladığı martın əvvəlindən bu yana virusa yoluxan 14 mindən çox insan həyatını itirib. Ümumi yoluxma sayı isə hələlik 137 min civarındadır.
Episodes
-
Aprel 24, 2024
Çinin etnik Huey müsəlmanları ABŞ-da sığınacaq axtarır
-
Aprel 24, 2024
Blinkenin Çin səfərindən gözləntilər böyük deyil
-
Aprel 23, 2024
Sorğu: Azərbaycanda kitab satışı ilə bağlı vəziyyət necədir?