Accessibility links

Strasburqda hücum törədən şəxs polis tərəfindən öldürülüb


Fransanın daxili işlər naziri Kristofer Kastaner bildirib ki, Strasburqun Milad yarmarkası ölümlə nəticələnən hücum nəticəsində iki gün bağlı qalandan sonra cümə günü ictimaiyyətə açılacaq.

Kataner deyir ki, müstəntiqlər Şerif Şekatın çərşənbə axşamı Strasburqda Milad yarmarkasında üç nəfəri öldürüb, 13 nəfəri yaralanmasının arxasındakı səbəbi araşdırırlar.

Hazırda ona yardım edənlərin olduğuna dair heç bir işarə yoxdur, amma isintaq hələ də davam edir.

“Hazırda ona yardım edənlərin olduğuna dair heç bir işarə yoxdur, amma isintaq hələ də davam edir, bütün həqiqət ortaya çıxanadək və Fransa xalqının hər bir təhlükəsizliyi təmin olunanadək də davam edəcək”, deyə o bildirib.

Polis şübhəli bilinən Şekatı cümə axşamı Strasburqda güllə ilə vuraraq, öldürüb.

Hüquq-mühafizə orqanları bildirib ki, Şekatın adı şübhəli ekstremistlər siyahısında idi. Cümə axşamı İslam Dövləti qrupu atdığı tvitdə hücumun məsuliyyətini üzərinə götürüb.

Fransada son illərdə bir neçə ekstremist hücumları baş verib. Nisdə 2016-cı ildə yük maşını hücumu nəticəsində 86 nəfər ölüb.

XS
SM
MD
LG