Accessibility links

Strasburqda hücum qurbanlarının xatirəsi anılıb


Bu gün Fransanın Strasburq şəhərində bir neçən əvvəl öldürülənlərin anım mərasimi keçirilib.

Polisin verdiyi məlumata görə, ötən çərşənbə axşamı Strasburqda Milad yarmarkasında silahlı şəxs 4 nəfəri öldürüb, 11 nəfəri yaralayıb, daha sonra isə qaçıb.

Daha sonra cümə axşamı polis hücum edən şəxsi güllə ilə vuraraq, öldürüb, cümə günü isə mümkün əlavə şübhəliləri axtarıb.

İslam Dövləti terror qrupu heç bir sübut irəli sürmədən hücumun məsuliyyətini üzərinə götürüb.

29 yaşı Şekkat Fransa, Almaniya və İsveçrədə cinayət əməllərinə görə 27 dəfə məsuliyyətə cəlb olunub.

Şərif Şekkatın valideyinləri və 2 qardaşı həbsdən azad edilib.

İstintaq onların dekabrın 11-də Milad yarmarkasında törədilən silahlı hücumla bağlılıqları barədə sübut tapa bilməyib. Amma onun 3 tanışı hələ də həbsdədir.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG