Accessibility links

Strasburqda Milad yarmarkasına hücum: 3 ölü, 11 yaralı


Strasburq, Fransa

Polisin verdiyi məlumata görə, çərşənbə axşamı Strasburqda Milad yarmarkasında silahlı şəxs üç nəfəri öldürüb, 11 nəfəri yaralayıb, daha sonra isə qaçıb.

Hücumun məqsədi bilinməsə də, Fransa 2015-ci ilindən bəri İslam Dövləti militantlarının həyata keçirdiyi bir sıra hücumlardan sonra yüksək təhlükəsizlik tədbirləri gördüyü üçün terrora qarşı mübarizə prokuroru istintaq başladıb.

Daxili işlər naziri Kristof Kastaner deyib ki, təhlükəsizlik xidmətləri silahlı şəxsi müəyyən edib və yerli polis idarəsi onun daha öncə də təhlükəsizliyə hədə olaraq görüldüyünü bildirib.

Polis zabitləri silahlı şəxsi hava və qurudan axtarmağa davam etdiyi üçün şəhərin Neudorf ərazisi və Etual parkında insanlara olduqları yerdə qalmalarına dair göstəriş verilib.

Strasburq, Fransa
Strasburq, Fransa

Bu həftə Strasburqa keçirilən Avropa Parlamenti bağlanıb.

“Atışma səsləri gəlirdi və hər yerə insanlar qaçırdı. Bu 10 dəqiqə davam etdi”– deyə, birmağaza sahibi BFM televiziyasına bildirib

Bu il Milad yarmarkası sıx təhlükəsizlik tədbirləri çərçivəsində keçirilirdi. Açılış saatlarında ətraf küçələrə icazəsi olmayan maşınlar buraxılmırdı, körpülər və giriş nöqtələrində piyadaların çantalarını yoxlamaq üçün nəzarət-buraxılış məntəqələri yerləşdirilmişdi.

Prokurorun idarəsində çalışan bir mənbə bildirib ki, hücumun məqsədi hələ ki, bilinmir.

Prezident məlumatlandırılıb

Yelisey Sarayının rəsmisi bildirib ki, prezident Emmanuel Makron atışma barədə məlumatlandırılıb və hadisələrin gedişatı ilə bağlı xəbərdar olunur. Kastaner Almaniya ilə sərhəddə yerləşən Strasburqa yola düşüb.

Avropa Parlamentinin sözçüsü deyib ki, bina bağlanıb, işçilərə binada qalmalarına dair göstəriş verilib.

Avropanın təhlükəsizlik idarələri Suriya və İraqda İŞİD üçün döyüşmək məqsədilə Avropanı tərk edən islamçı militantlar cihadçı qrupun məğlubiyyətindən sonra Avropada hücumlar həyata keçirəcək bacarıqlar və motivasiya əldə edəndən sonra geri dönəcəklərindən narahat idi.

XS
SM
MD
LG