Accessibility links

Strasburqda Milad yarmarkasına hücum zamanı ölənlərin sayı 4-ə çatıb


Fransa prezidenti Emmanuel Makron Milad yarmarkasını ziyarət edən insanlarla görüşür
Fransa prezidenti Emmanuel Makron Milad yarmarkasını ziyarət edən insanlarla görüşür

Fransa rəsmiləri bildirir ki, Strasburqda Milad Yarmarkasına hücumda yaralanan bir nəfər daha həyatını itirib. Beləcə, ümumilikdə ölənlərin sayı dördə çatıb. Cümə günü İtaliyanın baş naziri Cuzeppe Konte dördüncü qurbanın italiyalı jurnalist Antonio Meqalizzi olduğunu bildirib.

Polis hücum edən şəxsi cümə axşamı güllə ilə vuraraq, öldürüb, cümə günü isə mümkün əlavə şübhəliləri axtarıb. İslam Dövləti terror qruöu heç bir sübut irəli sürmədən çərşənbə axşamı baş verən hücumun məsuliyyətini üzərinə götürüb. Həmin hücum zamanı ondan çox insan da yaralanıb.

İki gün davam edən axtarış

Fransanın baş prokuroru Remi Heitz cümə günü polisin Şerif Şekatı Strasburqda onun doğulub, boya başa çatdığı məhəllədə öldürməsi ilə nəticələnən axtarışın təfərrüatlarını paylaşıb. O deyib ki, onların Şekatı aşkar etməsinə iki şahidin onlara veridyi ipucu səbəb olub.

Strasburqda Milad yarmarkasında ölənlərin xatirəsinə həsr olunmuş məkan
Strasburqda Milad yarmarkasında ölənlərin xatirəsinə həsr olunmuş məkan

Heitz bildirib ki, cümə axşamı yerli vaxtla axşam saat 9 radələrində polis patrulu binaya daxil olmağa çalışan bir nəfəri görüb və özlərini ona təqdim edib. Həmin insan üzünü onlara doğru çevirərək, atəş açıb. Nəticədə polis cavab atəşki açıb və Şekatı öldürüb.

Heitzin sözlərinə görə, çərşənbə axşamı Milad yarmarkasına hücumda əli olan digər mümkün şübhəliləri müəyyən etmək məqsədilə terror istintaqı davam edir. Artıq altından çox insan sorğu-sual edilmək məqsədilə həbs olunub. Onlar arasında Şekatın dörd ailə üzvü var.

İslam Dövləti terror qrupu Şekatın onların “əsgərlərindən” biri olduğunu bildiirb. Lakin cümə günü yenidən ictimaiyyətə açılan Milad yarmarkasını ziyarət edən Fransanın daxili işlər naziri Kristof Kastaner bu iddiaları fürsətçi adlandırıb.

Əslən mərakeşli Strasburqda anadan olan Şekatın Fransa, Almaniya və İsveçrədə bir neçə qanun pozuntuları edib və bir neçə dəfə həbs olunub. Onun adı İslamçı düşüncələrinə görə, Fransada nəzarət edilən insanların siyahısına daxil edilmişdi.

XS
SM
MD
LG