Accessibility links

Strasburqda terror aktı törətmiş Şərif Şekkatın valideyinləri və 2 qardaşı həbsdən azad edilib


Strasburqda terror aktı törətmiş Şərif Şekkatın valideyinləri və 2 qardaşı həbsdən azad edilib.

İstintaq onların dekabrın 11-də Milad yarmarkasında törədilən silahlı hücumla bağlılıqları barədə sübut tapa bilməyib. Amma onun 3 tanışı hələ də həbsdədir.

Hücum nəticəsində 4 nəfər ölüb,12 nəfər xəsarət alıb.

İstintaqın məlumatına görə, Şekkat həqiqətən də radikal islamçılarla əlbir imiş.

Atası deyib ki, onun terror aktına hazırlaşmasından xəbərsiz olub, amma oğlunu cihadçılardan uzaq olmağa çalışırmış.

Şekkat hücumdan sonra 2 gün gizlənə bilsə də, dekabrın 13-də polislə atışmada öldürülüb.

Valideyinləri və qadaşları həmin insidentdən dərhal sonra saxlanmışdılar.

Kütləvi informasiya vasitələri həmin vaxt onun qadaşlarından birinin də radikal islamçılarla əlbir olduğunu yazırdılar.

29 yaşı Şekkat Fransa, Almaniya və İsveçrədə cinayət əməllərinə görə 27 dəfə məsuliyyətə cəlb olunub.

Strasburqda törədilən son hücumun məsuliyyətini “İslam dövləti” qrupu üzərinə götürüb.

XS
SM
MD
LG