Accessibility links

Dominik Strauss-Kana bəraət qazandırılıb


Fransa məhkəməsi Beynəlxalq Valyuta Fondunun orgiya məclislərinin təşkili ittihamı ilə karyerasına son qoyulan sabiq müdiri Dominik Strauss-Kana bəraət qazandırıb.

Fransanın Lille şəhər məhkəməsi cümə günü bəraət barədə hökm çıxarıb.

Təqsirli bilinsə idi Strauss-Kan 10 il həbs cəzası və 1.7 million dollar cərimə ilə üzləşə bilərdi.

Strauss-Kanın azı 10 əməkdaşına da bəraət qazandırılıb.

Fevralda başlayan məhkəmə prosesi zamanı orgiya məclislərdə iştirak edən qadınlar Straus-Kanın təşkil etdiyi məclislərdə zorakılıq hallarının baş verdiyini bilidirib.

Fransada seks üçün pul vermək qanunsuz hesab edilmir. Lakin fahişəlik biznesi ilə məşğul olmaq qanunsuzdur.

Strauss-Kan orgiya məclislərində iştirak etdiyini etiraf edib. Lakin Lille, Brussels, Paris və Vaşınqtondakı məclislərdə həmin qadınların fahişə olduqlarından xəbərsiz olduğunu və bu məclisləri təşkil etmədiyini deyib.

XS
SM
MD
LG