Accessibility links

ABŞ-ın siyasi ab-havası amerikalılarda stress səviyyəsini artırıb


ABŞ-ın Psixologiya Assosiasiyasının son araşdırmalarına görə, amerikalıların 57 faizi siyasi mühitun əsas stress qaynağı olduğunu bildirib.

Respondentlərin 49 faizi 2016-cı il prezident seçkilərinin narahatlığa səbəb olduğunu deyib. Lakin partiya mənsubiyyətindən asılı olaraq, stress göstəricilərində fərq qeydə alınıb.

Demokratların 72, Respublikaçıların isə 26 faizi seçkilərin nəticələrinin stresə yol açdığını bildirib. Ölkənin gələcəyi ilə bağlı sualın cavabında isə respublaikaçıların 76, demokratların isə 59 faizi stress keçidirdiklərini deyib.

Yanvar ayında keçirilən sorğu amerikalıların terrorizm narahatlılarını 51-dən 59 faizə qaldığını müəyyən edib. Polis zorakılıqları və şəxsi təhlükəsizliklə bağlı narahatlıqların artığı müşahidə edilib.

Narahatlıqlar orta məktəb təhsili olanlarda 53 faiz, daha aşağı təhsilli insanlarda 38 faiz olub.

Coğrafi göstəricilərin də rolu mühüm olub. Belə ki, şəhər əhalisi arasında stress 62, ətraf bölgələrdə 45, ucqar bölgə sakinləri arasında isə 33 faiz təşkil edib.

Artmaqda olan stress səhiyyə problemlərinin artımına səbəb olub. Stresslə əlaqəli simptomlar 71 faizdən 80-nə qalxıb.

Araşdırmaçılar stress keçirlənlərin xəbərlərdən uzaq durmasını tövsiyə edir.

XS
SM
MD
LG