Accessibility links

Filippinin şimalında 7 bal gücündə zəlzələ baş verib


İyulun 27-də Filippinin şimalında güclü zəlzələ baş verib. Ölkə rəsmilərinin bildirdiyinə görə, 7 bal gücündə olan zəlzələ 4 nəfərin ölümünə 44 nəfərin yaralanmasına səbəb olub.

ABŞ Geoloji Xidməti bildirir ki, zəlzələnin episentri Luzon adasındakı Abra əyaləti 10 kilometr dərinliyind olub.

Rəsmilər Abra əyalətində onlarla binanın dağıldığını və ya ciddi zərər çəkdiyini bildirir. Əyalətin Vitse Qubernatoru Facebook-da yayımladığı fotolarda qarşısında çuxur yaranmış xəstəxananın ətrafında sakinlərin və xəstəxana heyətinin yığıldığı görünür.

Zəlzələnin yaratdığı dalğalar episentrdən təxminən 300 kilometr cənubda yerləşən paytaxt Manilada da hiss olunub.

Ölkə prezidenti Ferdinand Markos qısa mətbuat konfransında jurnalistlərə zəlzələnin “çox güclü” olduğunu və ofisindəki çilçıraqların hərəkət etməsinə səbəb olduğunu bildirib. O həmçinin əlavə edib ki, bölgədəki vəziyyətə dəyərləndirmək üçün cümə axşamı Abra əyalətinə yola düşəcək.

Son zəlzələyədən əlavə, Filippin hər il 20-yə yaxın fırtına və tayfuna məruz qalır ki, bu da onu dünyanın ən çox təbii fəlakətlərə məruz qalan ölkələrindən biri edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG